Zəfər yolu – elmin və biliyin gücü
Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsində qalib olmuş “Zəfər yolu – elmin və biliyin gücü” layihəsinin icrasını davam etdirir.
Yarışın yarımfinal mərhələsi keçirilmış, Abşeron rayonunun 1, 5 və 7 nömrəli tam orta məktəblərini təmsil edən komandalar yarımfinala çıxıblar. Final mərhələsində həmin komandalar öz bilikləri ilə qələbə uğrunda mübarizə aparıblar.
Qalib Abşeron rayonu 1 nömrəli tam orta məktəbi təmsil edən “Abşeronun dahi abituriyentləri” komandası olub. Finalda bütün komanda üzvlərinə təşəkkürnamə və hədiyyələr, qalib komandaya isə kubok və xüsusi hədiyyələr verilib.
Xatırladaq ki, adıkeçən layihənin rəhbəri Abşeron rayonu Veysəl Musibov adına 5 nömrəli tam orta məktəbin biologiya müəllimi Jalə Qasımovadır.