146
logo

“PhET4Math: PhET platformasının tətbiqi ilə şagirdlərin riyaziyyat biliklərinin artırılması” layihəsinin təlimləri davam edir

  • Cümə 2 May 2025



“PhET4Math: PhET platformasının tətbiqi ilə şagirdlərin riyaziyyat biliklərinin artırılması” layihəsinin təlimləri davam edir.
Layihə çərçivəsində Şəmkir rayonunun Seyfəli kənd M.Süleymanov adına tam orta məktəbində təhsil alan 28 şagird üçün Phet platformasındakı riyaziyyat fənni 32 saatlıq təlim proqramı halında tədris edilir.
Layihənin məqsədi PhET platormasında mövcud olan riyaziyyat fənninə dair interaktiv simulyasiya oyunları ilə Vlll sinif şagirdlərinin riyaziyyat biliklərinin artırılması, onların riyaziyyat fənninə həvəslə və maraqla öyrənməsinin təmin edilməsi, məktəbdə müəllimlər arasında bu təcrübənin bölüşülməsidir.
Qeyd edək ki, Şəmkir rayonunun Seyfəli kənd M.Süleymanov adına tam orta məktəbin müəllimi Rəna Heydərova tərəfindən icra edilir.