“İnteraktiv Simulyasiyalar Biologiyanın Tədrisində Müasir Yanaşma” layihəsinin bağlanış mərasimi keçirilib
Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsi çərçivəsində həyata keçirilən “İnteraktiv Simulyasiyalar Biologiyanın Tədrisində Müasir Yanaşma” layihəsi uğurla başa çatıb.
Bağlanış mərasimində Ucar rayon Təhsil Sektorunun nümayəndələri, məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak ediblər. Layihə rəhbəri Rəna Allahverdiyeva layihə çərçivəsində görülən işlər, əldə olunan nəticələr və gələcək perspektivlər barədə geniş məlumat verib.
İki ay müddətində həyata keçirilən layihə çərçivəsində 8-10-cu siniflərdən olan 40 şagird üçün 18 saatlıq dərs proqramı icra olunub. “Biologiya Akademiyası” adı altında təşkil edilən bu tədris prosesi Phet interaktiv simulyasiya platformaları vasitəsilə şagirdlərə daha əyani, praktik və maraqlı təhsil imkanları yaratdı. Biologiya fənninin interaktiv formada tədrisi şagirdlərin öyrənmə həvəsini artırdı və onları daha aktiv öyrənmə prosesinə cəlb edib.