146
logo

“Yaşıl dünya sağlam gələcək” layihəsinin təlimləri davam edir

  • Çərşənbə 12 Mart 2025



Zaqatala şəhər Qazangül qəsəbə İ.Qayıbov adına tam orta məktəbində “Yaşıl dünya sağlam gələcək” layihəsinin təlimləri davam edir.
Layihə çərçivəsində 2 qrup, hər qrupda 10 şagird olmaqla ümumi 20 şagird seçilərək təlimlərə cəlb olunub.
Layihənin məqsədi ətraf mühitin qorunması, hal-hazırda mövcud olan ekoloji vəziyyət və ekoloji problemlərin həllində şagirdlərin rolununun artırılması istiqamətində təbiətə qayğı hissini, ekoloji mədəniyyəti və maarifləndirməni inkişaf etdirməkdən və təkrar emal şüurunu yaratmaqla, fidan əkməklə yaşadığımız mühitə töhfə verməkdən, yaşıl gələcəyə gedən yolda izlər buraxmaqdan ibarətdir. Bunun üçün təlimlərdə şagirdlər “Scratch” və “Platogon studio” proqramı haqqında biliklər əldə edir və kodlamanı öyrənirlər. “Scratch” və “platogon studio” proqramında kodar yazaraq təbiətə qayğı hissini aşılanması məqsədi ilə müxtəlif animasiya filimləri və oyunlar hazırlayırlar.
Qeyd edək ki, sözügedən layihə Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihələrindən biridir. “Yaşıl dünya, sağlam gələcək” layihəsi Zaqatala şəhər Qazangül qəsəbə İ.Qayıbov adına tam orta məktəbin direktoru Təranə Cumayeva tərəfindən icra olunur. Layihənin icra müddəti 4 aydır.