146
logo

Birlikdə güclüyük!

  • Cümə 19 Aprel 2024



Şabran rayonu Elman Mütəllimov adına Ağalıq kənd tam orta məktəbinin direktoru Aysel Quliyevanın  rəhbəri olduğu “Birlikdə güclüyük!” adlı layihə icrasına davam edir.

Layihənin məqsədi sağlamlıq imkanları məhdud təhsilalanlarla bağlı mövcud maneə və çətinlikərin, həmçinin mövcud resursların müəyyən edilməsi, onların təhsilə cəlb edilməsini, keyfiyyətli təhsillə əhatə olunmasını təmin etməkdir.

Layihə bir neçə istiqamət üzrə fəaliyyət göstərir : tədris proqramı və materiallarının təkmilləşdirilməsi, müəllimlərin bacarıqlarının artırılması, onlar üçün resursların yaradılması, ictimai maarifləndirmə tədbirlərinin təşkili və sağlamlıq imkanları məhdud şagirdlərin tibbi ləvazimatlarla təminatı üzrə aparılır.

Layihə çərçivəsində Şabran rayonunda yerləşən ümumtəhsil məktəblərinin müəllimləri üçün təlimlər keçirilir. Təlimlər inklüziv dəyərlər, əlilliyə sosial və tibbi yanaşma, tədris proqramı və materiallarının təkmilləşdirilməsi, müəllimlərin bacarıqlarının artırılması, təlim prosesində yaranan çətinliklər, o cümlədən valideynlərlə əməkdaşlığın artırılması və digər bu kimi mövzuları əhatə edir.

Bundan əlavə, ümumi təhsil müəssisələrinin müəllimlərinə sağlamlıq imkanları məhdud şagirdlərlə təlim prosesinin səmərəli təşkilinə kömək etmək üçün “Birlikdə güclüyük!” adlı metodik vəsait hazırlanıb. Vəsaitdə inklüziv təhsilin mahiyyəti və əhəmiyyəti, inklüzivliyin əsasları, inklüziv pedaqoji fəaliyətin əsasları və layihəmizdə iştirak edən valideynlərin bu barədə görüşləri öz əksini tapıb. O cümlədən, onlara dəstək məqsədilə rayonun müxtəlif ümumtəhsil məktəblərində təhsil alan sağlamlıq imkanları məhdud şagirdlərə tibbi avadanlıqlar (inhaliyasiya, şəkər, təzyiq aparatları, eynək,stol,stul), müxtəlif hədiyyələr təqdim edilmiş və onların sosiallaşması istiqamətində tədbirlər təşkil edilib.