146
logo

“Duolingo” ilə ingilis dili hamı üçün əlçatandır!

  • Bazar ertəsi 26 Fevral 2024



Göyçayda Ləkçıplaq kənd bir nömrəli tam orta məktəbdə Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin "Fərdi layihələr" kateqoriyası üzrə qalibi “Duolingo” ilə ingilis dili hamı üçün əlçatandır!” adlı layihənin yekun hesabat tədbiri keçirilib.


Tədbirdə Göyçay Rayon İcra Hakimiyyəti başçısı Natiq Ağayev çıxış edərək layihənin əhəmiyyətindən söz açıb. Bildirib ki, bölgələrdə bu kimi layihələrin icra olunması vacibdir.


Layihəni həyata keçirməkdə məqsəd Göyçay rayonunda şəhid və qazi ailələrindən, həmçinin müharibə iştirakçısı olmuş və sosial təminatı aşağı olan ailələrdə böyüyən V-VIII sinif şagirdlərinin ingilis dili biliklərini möhkəmləndirmək, onların ingilis dilində oxumaq, yazmaq, dinləyib-anlamaq bacarıqlarını inkişaf etdirməkdən ibarətdir.


Layihə çərçivəsində Göyçay rayon Qaraxıdır kənd tam orta məktəbində Göyçay rayonundan şəhid və qazi ailələrindən, həmçinin müharibə iştirakçısı olmuş və sosial təminatı aşağı olan ailələrdə böyüyən V-VIII sinif şagirdləri üçün 3 aylıq ödənişsiz ingilis dili kursu fəaliyyət göstərib. İngilis dili kursunun təlim proqramına uyğun olaraq iştirakçılara ingilis dilində oxu, yazı, dinləyib-anlama bacarıqları öyrədilməklə kursun təlim proqramına uyğun olaraq "People", "Lifestyle", "Professions", "Travelling" bölmələri tədris edilib.


Layihənin eksperti Ziba Məmmədova kursda təhsil alan 15 şagirdin ilkin test imtahan nəticələrinə əsasən seçildiyini  və hər 4 dərsdən bir nəticələrin müqayisəsi üçün test imtahanı keçirildiyini diqqətə çatdırıb.


Sonda kursu bitirən müdavimlərə diplom və sertifikatlar təqdim edilib, ədəbi-bədii kompozisiya nümayiş etdirilib.