146
logo

“Elm məktəbi”nin bağlanış mərasimi keçirilib

  • Bazar ertəsi 25 Dekabr 2023



Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən təşkil olunmuş Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi çərçivəsində Radiasiya Problemləri İnstitutu və Bakı Avropa Liseyinin ikitərəfli əməkdaşlığı ilə həyata keçirilən “Elm məktəbi” layihəsinin  yekunlaşması ilə əlaqədar bağlanış mərasimi keçirilib.

 Radiasiya Problemləri İnstitutunda keçirilən mərasimdə şagirdlər, müəllimlər və digər qonaqlar iştirak ediblər.

Mərasimi İnstitutun direktoru Rəvan Mehdiyeva açıq elan edəndən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra Rəvan Mehdiyeva Radiasiya Problemləri İnstitutunun tarixi və elmi sahələri barədə məlumat verib. Ardınca institutun laboratoriyaları və həyata keçirdiyi işlərlə bağlı videoçarx nümayiş etdirilib.

Daha sonra layihə rəhbəri Nəzakət Qasımova çıxış edib. O, layihə çərçivəsində görülmüş işlərə dair iştirakçılara ətraflı məlumat verib.

Tədbirin sonunda layihədə iştirak etmiş şagirdlərə sertifikatlar verilib.