146
logo

Skaut metodları ilə qeyri-formal təhsil Neftçala məktəblərində

  • Çərşənbə 29 Noyabr 2023



““Gələcək Liderlər” – skaut metodları ilə qeyri-formal təhsilin təşkili proqramı” layihəsi çərçivəsində Azərbaycan Skautlar Assosiasiyası İctimai Birliyi tərəfindən aparılan təlimlər davam edir.

Layihənin icra planına uyğun olaraq ilkin mərhələdə müəllimlərin təlimləndirilməsinə başlanılıb. Bu təlimlərdən sonra müəllimlər öz şagirdlərindən ibarət dəstələr təşkil edəcək, həmin dəstələrə həm müəllimlər, həm də Azərbaycan Skautlar Assosiasiyası İctimai Birliyi tərəfindən növbəti təlimlərin keçirilməsi təmin olunacaq. 

Qeyd edək ki, layihənin əsas hədəfləri təhsilalanların liderlik bacarıqlarının inkişaf etdirilməsi, onlara sağlam həyat tərzinin aşılanması və zərərli vərdişlərdən qorunmanın təbliğ edilməsi, eləcə də skaut metodlarının praktiki tətbiq edilməsi üçün düşərgələrin təşkilindən ibarətdir.

Neftçala rayonunun ümumilikdə 3 məktəbini əhatə edən layihə rayonun S.İmanov adına 1 nömrəli məktəbi tərəfindən icra olunur.