146
logo

“Sehrli Fırça” layihəsinin təqdimatı keçirilib

  • Cümə axşamı 9 Noyabr 2023



Bakı Şəhəri Yasamal rayonu C.Cabbarlı adına 161 nömrəli məktəbdə Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin "fərdi" kateqoriyası üzrə qalib olmuş “Sehrli Fırça” layihəsinin təqdimatı keçirilib.

Tədbirində   Elm və Təhsil Nazirliyinin Tədqiqat və innovasiya sektorunun müdiri səlahiyyətlərini icra edən Vüsalə Əliyeva, Təhsilə Dəstək Mərkəzinin metodisti Roza Rüstəmova, məktəb direktorları, təhsil işçiləri və rəssamlar iştirak ediblər.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Vətən uğrunda canından keçmiş qəhrəman şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Giriş sözü ilə çıxış edən C.Cabbarlı adına 161 nömrəli tam orta məktəbin direktor vəzifə səlahiyyətlərini icra edən  Əsmər Əliyeva Təhsildə inkişaf və innovasiyalar üzrə  qrant müsabiqəsinin əhəmiyyəti haqqında məlumat verib.

Layihə rəhbəri Nuranə Rzazadə öz təqdimatında bildirmişdir ki,  məktəbdə yaradıcılıq mühitinin  formalaşmasında və layihə prosesinin yüksək göstəricilərlə həyata keçirilməsi, keyfiyyətli təhsilin əldə olunması strateji cəhətdən dövlətin verdiyi qərar və sərəncamlarla tənzimlənirsə, praktiki cəhətdən isə bilavasitə həmin prosesin iştirakçılarının uğurlu fəaliyyətindən asılıdır. Müasir təhsil sisteminin vəzifəsi dövrün çağrışlarına cavab verən vətəndaş yetişdirkməkdir. XXI əsrin 4K adlandırılan kompetensiyaları: kritik düşünmə, kommunikativlik, kreativlik, kooperasiyadır. Bu kompetensiyaları formalaşdırmaq və inkişaf etdirmək üçün fərqli öyrənmə üsulları  tətbiq olunmalıdır. Bununla yanaşı XXI əsr hərtərəfli şagird yetişdirmək, yaradıcı tərəflərini inkişaf etdirmək, bilikləri paralel artırmağa  xidmət edir.

“Sehrli Fırça” layihəsində təlimçi kimi fəaliyyət göstərəcək Jalə Quliyeva, 161 nömrəli tam orta məktəbdə məhz bu layihənin tətbiq olunması şagirdlərin təlim nəticələrinin, akademik göstəricilərində müsbət dinamikaya səbəb olacağına ümidli olduğunu qeyd edib.

Qeyd edək ki, C.Cabbarlı adına 161 nömrəli tam orta məktəbin təsviri incəsənət müəllimi “Sehrli Fırça” layihəsi ilə 30 xüsusi istedadlı şagirdin həftədə 2 dəfə, ümumilikdə 30 dəfə layihəyə təyin olunmuş təlimçi ilə dərsdənkənar məşğələyə cəlb olunmasını özündə ehtiva edən qrant layihəsi ilə uğur qazanmışdır.