146
logo

Lənkəran məktəblərində arfimetika təlimləri keçiriləcək

  • Çərşənbə axşamı 24 Oktyabr 2023



Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilən “Khan Academy Lənkəran təhsilində” layihəsi Lənkəran rayonu N.Aslanov adına Ləj kənd tam orta məktəbi tərəfindən icra olunmağa başlayıb.

Doqquz ay müddətində icra olunacaq layihənin əsas məqsədi Lənkəran rayonu N.Aslanov adına Ləj kənd tam orta məktəbin və eləcədə S.Əliyev adına Haftoni qəsəbə tam orta məktəbin ibtidai siniflərin onlayn öyrətmə platforması Khan Academy əlçatanlığını və səmərəli istifadəsini təmin etməklə şagirdlərdə riyazi və məntiqi təfəkkürü, hesab (sürətli hesablama) bacarıqlarını və yüksək IQ qabiliyyətini inkişaf etdirməkdir. Layihənin digər əsas məqsədi ilkin riyaziyyat və arifmetikanı yüksək mənimsə üçün ibtidai sinif şagirdlərində diqqət, dəqiqlik, konsentrasiya, fotomental yaddaş və yaradıcı yanaşma keyfiyyətləri formalaşmasına dəstək verməkdir. 

İcra planına uyğun oktyabr ayından layihənin hazırlıq işlərinə başlanılmış, könüllülər seçilmiş, tərəfdaş qurumlarla və "Khan Academy Azerbaijan" la müzakirə aparılmış və əməkdaşlıq qurulub.

İkinci mərhələdə məktəbin müəllim və rəhbər heyətinin, layihə əməkdaşları, digər pedaqoq və ekspertlərin və eləcədə aidiyyətli qurum təmsilçilərinin iştirakı ilə layihənin ictimai təqdimatı təşkil olunacaq və keçiriləcək təlimlərdə iştirak edəcək ibtidai sinif müəllimləri üçün elanlar veriləcək, seçim üçün qeydiyyat forması – ərizə-anket yaradılacaq, tədbirlərin proqram, qiymətləndirmə və digər sənədlərinin, o cümlədən, təlim materiallarının hazırlanmasına başlanacaqdır.

Növbəti ayda isə Lənkəran rayonu N.Aslanov adına Ləj kənd tam orta məktəbdə layihədə iştirak edəcək ibtidai sinif müəllimləri üçün mentor dəstəkli peşəkar təlim kursu keçiriləcək, onların qiymətləndirilməsi aparılacaq, pedaqoqlarla texniki məsləhətləşmə aparılacaq, layihə icrası üçün məktəbə alınacaq planşet və digər texniki vasitələrlə ibtidai sinif müəllimlər tərəfindən praktik fəaliyyətlər təşkil olunacaqdır.