146
logo

Qrant layihə beynəlxalq tədbirdə

  • Çərşənbə axşamı 18 Aprel 2023



Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun əməkdaşları Fransa və İtaliya coğrafiyaçılarının təşəbbüsü ilə keçirilən beynəlxalq “Geo Night” adlı tədbirdə iştirak ediblər.

Hər il dünyanın müxtəlif ölkələri eyni gündə coğrafiya naminə bir araya gəlirlər. Azərbaycan coğrafiyaçıları da artıq üçüncü ildir ki, “Qarabağ Azərbaycandır!” şüarı ilə “Geo Night” tədbirinə qoşulurlar.

Təşkilatçılardan biri olan Fortis Academy və 8 nömrəli məktəbin coğrafiya müəllimi, “iGeo Azerbaijan Beynəlxalq coğrafiya olimpiadasına hazırlıq” qrant layihəsinin rəhbəri Yaşar Seyidəliyev “Geo Night” ilə bağlı tədbir iştirakçılarına məlumat verib. Dünya coğrafiyaçıları tədbiri geonight.net internet səhifəsi üzərindən izləyə biliblər. Coğrafiya İnstitutunun icraçı direktoru c.ü.f.d., dosent Zaur İmrani “Coğrafi elminin müasir problemləri və inkişaf istiqamətləri” ilə bağlı çıxış edib. Sonra Coğrafiya İnstitutunun gənc alimi, kiçik elmi işçi Bəyimxanım Hüseynova “Qarabağın turizm-rekreasiya potensialı” mövzusunda məruzə edib.

Tədbirdə, həmçinin Qarabağın təbiəti, landşaftları və turizm potensialı barədə də məruzələr dinlənilib.