146
logo

Azərbaycan Linqivistika Olimpiadasına qeydiyyat davam edir

  • Çərşənbə 15 Mart 2023



1 aprel 2023-ci il tarixində Azərbaycan Linqivistika  Olimpiadasının ilk mərhələsi – seçim turu keçiriləcək.

Seçim turunun tapşırıqlarının yerinə yetirilməsi onlayn qaydada   01 aprel saat 10:00-dan 13:00-a qədər aparılacaq. Tapşırıqların yerinə yetirilməsinə fasiləsiz 3  astronomik saat – 180 dəqiqə verilir.

Müsabiqəyə qeydiyyat  10 mart 2023-cü il tarixindən etibarən https://docs.google.com/forms/d/e/1FAIpQLSf9qyaiMGtHWCYbXMhyBGMta1i7Y_zq7jgwSnNaIF4XGCTIrw/viewform link vasitəsi ilə həyata keçirlir. Şagirdlər 29 mart tarixinədək qeydiyyatdan keçərək müsabiqəyə qatıla bilər.

Qeyd edək ki, Azərbaycan Linqivistika  Olimpiadasının Azərbaycan və rus bölmələri üzrə VII-XI sinif şagirdləri üçün yaşayış yerindən asılı olmayaraq keçirilir. Müsabiqənin keçirilməsində məqsəd gələcəkdə Azərbaycanın  Beynəlxalq Linqvistika Olimpiadası - İLO-da iştirakını təmin etmək və olimpiadada ölkəmizi təmsil edəcək  potensiallı şagirdləri aşkara çıxarmaq və onların həvəsləndirilməsindən ibarətdir.