146
logo

Futbol yarışının final mərhələsi keçirilib

  • Cümə axşamı 17 Noyabr 2022



Noyabrın 17-də Beyləqan Olimpiya Kompleksində VI qrant müsabiqəsində qalibi olmuş “Zərərli vərdişlərdən uzaq , yenilikçi region gəncləri  ” adlı qrant layihənin icrası ilə bağlı Beyləqan və Xocavənd rayonları üzrə məktəbdaxili futbol yarışının final mərhələsi keçirilib.

Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın final oyunu  Beyləqan rayonu Dünyamalılar kənd 1 nömrəli tam orta və Xocavənd rayonu  4 nömrəli tam orta məktəblərinin  futbol komandaları arasında olub.

Final mərhələsində Dünyamalılar kənd 1 nömrəli tam orta məktəbin futbol komandası  rəqib komandaya qalib gələrək birinciliyi qazanıb.

Sonda qalib komandanın üzvlərinə layihə rəhbəri tərəfindən kubok, hədiyyə və diplomlar təqdim olunub.