146
logo

Müəllim əməyinə verilən ən yüksək qiymət

  • Çərşənbə 5 Oktyabr 2022



Prezident İlham Əliyevin  imzaladığı sərəncamlara əsasən, Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə bir sıra təhsil işçiləri “Tərəqqi” medalı  və  “Əməkdar müəllim” fəxri adına layiq görülüb.

Həmçinin elm və təhsil nazirinin əmri ilə bir qrup müəllim  “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı  və “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin "Fəxri fərmanı” ilə təltif olunub. 

Təltif edilənlər sırasında Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsində qalib olan müəllimlərimiz də var. 

Təltif olunan həmkarlarımızı təbrik edir, onlara şərəfli və məsuliyyətli işlərində yeni-yeni uğurlar arzulayırıq!