146
logo

Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinin nəticələri

  • Çərşənbə axşamı 26 İyul 2022



Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsis edilən və hər il keçirilən təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin builki nəticələri açıqlanıb. Müsabiqəyə ümumilikdə 1101 layihə təqdim edilib ki, bu da ötən illə müqayisədə 130 layihə çoxdur. Daxil olan layihələrin 256-sı ümumi təhsil müəssisələrinin, 845-i təhsilverənlərin fərdi layihələri olub.

Bütün layihələr ekspert qrupları tərəfindən 100 ballıq şkala ilə 9 meyar əsasında qiymətləndirilib və ən yüksək bal toplayan 299 layihəyə qrant verilməsinə dair qərar qəbul edilib. Bu isə ötən illə müqayisədə 120 layihə daha çoxdur. Qrant verilməsi nəzərdə tutulan layihələrin 65-i ümumi təhsil müəssisələrinin, 234-ü təhsilverənlərin fərdi layihələridir. 

Müsabiqənin nəticələri barədə bildirişlər, o cümlədən hər meyar üzrə layihənin topladığı ballar müsabiqə iştirakçılarının şəxsi kabinetlərinə göndərilib. Nəticələrindən razı qalmayan müsabiqə iştirakçıları şəxsi kabinetlərinə göndərilmiş bildirişlərdəki təlimata uyğun olaraq apellyasiya müraciəti edə bilərlər.

Qrant verilməsi nəzərdə tutulan layihələrin siyahısı ilə aşağıdakı keçid vasitəsi ilə tanış olmaq olar:

Ümumi təhsil müəssisələri kateqoriyası

Fərdi layihələr kateqoriyası