146
logo

Qrant layihəsinin müdavimləri qızıl medala layiq görülüb

  • Çərşənbə 6 İyul 2022



Serbiyanın paytaxtı Belqrad şəhərində onlayn formatda VII Avropa Coğrafiya Olimpiadası (EGEO) keçirilib.

11 ölkənin iştirak etdiyi olimpiadada yuxarı yaş kateqoriyasında ölkəmiz 4 məktəbli ilə təmsil olunub. 

Ölkəmizi təmsil edən  komanda .  Selcuq Əliyev - ADA məktəbi, Murad Qarayev - Tərtər rayonu Mamırlı kənd məktəbi, Arif Həsənov - Minqəçevir şəhər 13 nömrəli tam orta məktəb, Rəsul Hüseynov - Şəmkir rayon Qapanlı kənd məktəbinin şagirdləri "təqdimat kateqoriyası" üzrə  qızıl medal, “fərdi” kateqoriyada Tərtər rayonu Mamırlı kənd tam orta məktəbinin XI sinif şagirdi Murad Qarayev bürünc medal qazanıblar.

Qeyd edək ki, olimpiadaya qatılan məktəblilərimizin hazırlıq prosesi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə qrant müsabiqəsi çərçivəsində qalib olmuş “Beynəlxalq Coğrafiya Olimpiadalarına hazırlıq” layihəsi əsasında həyata keçirilib.

Məktəblilərimizi təbrik edir və uğurlar arzulayırıq!