146
logo

“Məktəb televiziyası” layihəsinin bağlanış və mükafatlandırma mərasimi keçirilib

  • Çərşənbə 25 May 2022



Təhsildə inkişaf və innovasiyalar üzrə  V qrant müsabiqəsində qalib olmuş Şəki şəhər 10 nömrəli tam orta məktəbin “Məktəb televiziyası” layihəsinin bağlanış və mükafatlandırma mərasimi keçirildi.  

Layihənin bağlanış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edildi.

Mərasimdə məktəbin direktoru, layihənin rəhbəri Büllur Abdulsəlimlinin giriş nitqindən sonra layihə çərçivəsində görülmüş işlərə dair videoçarx nümayiş olundu.

Daha sonra layihənin koordinatoru, ADPU-nun Şəki filialının baş müəllimi İbrahim Abdulsəlimli 8 ay müddətində layihə çərçivəsində görülən işlərdən və əldə olunan nailiyyətlərdən danışdı. 

MTV10 layihəsi haqqında müxtəlif dillərdə şagirdlərin təqdimatı dinlənildikdən sonra çıxış üçün söz layihənin eksperti Etiram Sadıqzadəyə verildi.

Bədii hissə ilə davam edən tədbirdə Nizami Gəncəvinin “İsgəndərnamə” əsərindən səhnələşdirilmiş tamaşa göstərilib,  şagirdlər Şuşaya həsr olunmuş musiqi nömrəsi və şeirlər ifa ediblər. 

Bədii hissəsinin ardınca mərasimə dəvət olunmuş qonaqlar ürək sözlərini tədbir iştirakçıları ilə bölüşdülər. 

Sonda layihə çərçivəsində fəal iştirak etmiş müəllim və şagirdlərə sertifikat təqdim olunub.