146
logo

Education HUB Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiya üzrə qrant müsabiqəsi ilə əməkdaşlıqda

  • Bazar ertəsi 17 Yanvar 2022



“Davamlı inkişafa məktəbdən başlayaq!" layihəsi Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiya üzrə qrant müsabiqəsi çərçivəsində Education HUB ilə əməkdaşlıqda Tərtər rayon Seydimli kənd məktəbinin müəllimi Aybəniz Cəfərova tərəfindən icra olunur.

Layihənin əsas məqsədi Tərtər rayonunun Seyidimli kənd məktəbliləri (7-9-cu siniflər) üçün maliyyə savadlılığı və resurslarının artırılması ilə bağlı ilkin bacarıqların formalaşdırılması ilə yanaşı, onları müasir iqtisadiyyatın innovativ istiqamətləri ilə tanış edərək bu istiqamətlərdə ixtisas seçimini təşviq etməkdən ibarətdir. Layihə müddətində şagirdlərə sahibkarlıq və innovasiyalar ilə bağlı təlimlər keçirilmiş, uğurlu karyera sahibləri ilə “peşəkar tövsiyyəsi” görüşləri təşkil olunub, həmçinin fəal məktəblilərin Bakıdakı innovasiya mərkəzləri və startaplarla görüşləri baş tutub. 

Layihə çərçivəsində seçilmiş 14 şagirdin 13-15 yanvar 2022-ci il tarixində Bakıya mübadilə səfəri reallaşıb. Səfər çərçivəsində məktəblilər İnnovasiya və rəqəmsal inkişaf agentliyinin emalatxanası, Bakı Mühəndislər Universiteti, Azərbaycan Texniki Universiteti, İnkubasiya və Akselerasiya Mərkəzi, Lutfizadı Texnologiya Mərkəzi və digər şirkətlərlə görüşüb, müzakirələr aparılıb. 

Görüş zamanı məktəblilər Azərbaycanda fəaliyyət göstərən startap icması ilə tanış olub və onlardan peşakar tövsiyyələri alıb.