146
logo

"Zəfər bizimdir" layihəsi çərçivəsində “Qarabağ Azərbaycandır!” mövzusunda onlayn təlim həyata keçirilib

  • Çərşənbə axşamı 11 Yanvar 2022



10.01.2022 tarixində Ləj kənd N.Aslanov adına tam orta məktəbinin şagirdlərinin iştirakı ilə  “Qarabağ Azərbaycandır!”  mövzusunda sayca 4-cü onlayn təlim həyata keçirilib. 

Təlimi Lənkəran rayonu Bilal Əliyev adına Xolmili kənd tam orta məktəbinin direktoru, Elm Tədris Akademiyasının tarix müəllimi Elvin Ağayev aparıb. Təlimi giriş sözü ilə açan layihənin eksperti  Samir Salayev “Zəfər bizimdir” layihəsi çərçivəsində görülən işləri qısaca xatırladaraq layihənin şagirdlərin vətənpərvərlik tərbiyəsində əhəmiyyəti haqqında danışıb.

 
Təlim zamanı Qarabağın tarixinə nəzər salınıb, tarix boyunca Azərbaycan xalqına qarşı törədilən faciələr barədə məlumat verilib.

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsinin qalibi “Zəfər bizimdir” layihəsi çərçivəsində Lənkəran rayonu Ləj kənd N.Aslanov adına tam orta məktəbi 20 ədəd “Samsung” modelli planşetlərlə təchiz olunub. Layihənin icra planına uyğun olaraq onlayn qaydada təşkil olunan təlimlərin əsas məqsədi  planşetlərdən səmərəli istifadəni öyrətməkdir.  

Qeyd edək ki, "Zəfər bizimdir" layihəsi çərçivəsində növbəti 5-ci onlayn təlim - “Cənab Ali baş komandan, biz sizinləyik” mövzusunda həyata keçiriləcək.